Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə növbəti görüşün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəlinib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bu gün Azərbaycanla Ermənistan arasında sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi altında sərhədlərin delimitasiyası üzrə komissiyaların yeddinci görüşü barədə yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, tərəflər, həmçinin Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırmasını ən qısa zamanda başa çatdırmaq barədə sövdələşiblər.