Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Silahlı Qüvvələr Günü şəhid ailələrinin üzvləri Zəngilan və Cəbrayılda olublar
26 İyun - Silahlı Qüvvələr Günü şəhid ailələrinin üzvləri Zəngilan və Cəbrayıl rayonlarına səfər ediblər.
Oxu.Az xəbər verir ki, səfər zamanı onlar Zəngilan şəhər məscidini ziyarət edib, orada namaz qılıb, dualar ediblər. Qonaqlar Zəngilan Konqres Mərkəzinə baş çəkərək Mərkəzin timsalında ərazidə görülən quruculuq işləri ilə və keçmiş məcburi köçkünlərin Ağalı kəndindəki həyat şəraiti ilə tanış olublar. Həmçinin birinci Qarabağ müharibəsi Şəhidlərinin xiyabanı ziyarət edilib.
Fəxri qonaqlar Cəbrayıl rayonuna, tarixi Xudafərin körpüsünə də səfər ediblər.
Tədbirin sonunda Ağalı kəndində incəsənət xadimlərinin təqdimatında sakinlər və şəhid ailələrinin üzvləri üçün konsert proqramı təşkil olunub. Respublikanın Əməkdar artisti Sevinc Sarıyeva və sevilən müğənni Tural Salmanov vətənpərvərlik mövzusunda ifaları ilə unudulmaz anlar yaşadıblar
Tədbir "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə baş tutub.
"Zəngilan rayonu" teqi üzrə xəbərlər
- Avropa İttifaqı Azərbaycanla sərhəddə casusluq fəaliyyətini davam etdirir - ANBAAN GÖRÜNTÜLƏR
- Zəngilanda Zəfər Günü: Qayıdışın ilk məkanının sakinləri qələbəni qeyd edirlər
- Zəngilan sakini: "Çox məmnunam, şükür Allaha ki, özümüz üçün şərait qurmuşuq"
- Deputat: "Zəngilan rayonu özünün yeni inkişaf dövrünü yaşayır"
- Prezident Zəngilanın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib