Bu gün, sentyabrın 15-də Tbilisidə Azərbaycan və Ermənistandan olan ekspert heyətləri arasında görüş keçirilib.
Bu barədə “Report”a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən (BMTM) bildirilib.
Qeyd olunub ki, heyətlərə Azərbaycan tərəfdən BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyev, Ermənistan tərəfdən isə Qafqaz Araşdırmaları İnstitutunun direktoru Aleksandr İskəndəryan rəhbərlik edib.
Tərəflərin iki ölkə arasında münasibətlərin normallaşdırması məsələsini müzakirə etdikləri vurğulanıb.
Bu gün, sentyabrın 15-də Tbilisidə Azərbaycan və Ermənistandan olan ekspert heyətləri arasında görüş keçirilib.Bu barədə “Report”a Beynəlxalq Münasibətlərin Təh...