"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov bu gün İrana səfəri çərçivəsində bu ölkənin dəmir yolu administrasiyasının rəhbəri Cabbarəli Zakeri Sərdrudi ilə görüşüb.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Tərəflər Şərqi Zəngəzur iqtisadi rayonu ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasını İran ərazisindən birləşdirəcək dəmir yolu xəttinin tikintisini müzakirə ediblər.
Bundan əlavə, Şimal-Cənub nəqliyyat dəhlizi üzrə əməkdaşlığın möhkəmləndirilməsi nəzərdən keçirilib.