ABŞ-nin keçmiş prezidenti Donald Tramp ermənipərəst mövqeyi ilə tanınan və Bakı əleyhinə sanksiyaların təşəbbüskarı olan Adam Şiffi "ölkənin daxili təhlükəsi" adlandırıb.
Oxu.Az-ın verdiyi məlumata görə, o, bu barədə "Fox Business"ə verdiyi müsahibədə deyib.
Tramp ölkənin daxili düşməni və ağılsız adam adlandırdığı Adam Şiffi Birləşmiş Ştatların əsas xarici rəqibləri, o cümlədən Rusiya və Çindən daha təhlükəli hesab etdiyini vurğulayıb.
"Mən həmişə deyirəm ki, bizim daxili və xarici olmaqla iki düşmənimiz var. Məncə, daxili düşmənimiz Çin, Rusiya və bütün bu kimi ölkələrdən daha təhlükəlidir. Ağıllı prezident xarici rəqiblərin öhdəsindən kifayət qədər asanlıqla gələ bilər, lakin Adam Şiff kimi bizdə olan dəlilərlə başa çıxmaq çox çətindir. Mən onu daxili düşmən adlandırıram", - deyə Tramp bildirib.
Tramp ermənipərəst konqresmeni ağılsız və ABŞ-nin daxili düşməni adlandırdı