Ukrayna xarici işlər naziri Andrey Sibiqa Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkilini paltaryuyan maşınlar aldığı üçün işdən çıxarıb.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
"Bizim məlumatımıza görə, bu (diplomatın işdən çıxarılması - TASS-ın qeydi) siyasi akt deyil. Konkret nümayəndə, əgər səhv etmirəmsə, onun diplomatik statusu var, məişət əşyaları alıb və bunu müharibə fonunda qeyri-adekvat hesab ediblər. Bu da onun işdən çıxarılmasına səbəb olub. Söhbət paltaryuyan maşınlardan gedir", - deyə Kobaxidze bildirib.
Daha əvvəl sentyabrın 5-dən Ukrayna XİN rəhbəri vəzifəsini tutan Sibiqa ölkənin Gürcüstandakı müvəqqəti işlər vəkilini vəzifəsindən azad etmək niyyətində olduğunu bildirib. Bunun səbəbi kimi onun Kiyevin hazırkı diplomatiyasının reallıqlarını başa düşməməsi göstərilib.
Ukraynanın yeni xarici işlər naziri Andrey Sibiqa Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkilinin geri çağırıldığını bildirib.
Oxu.Az-ın məlumatına görə, nazir özü bu barədə "Facebook"da yazıb.
O qeyd edib ki, bazar günü Ukrayna səfirləri və baş konsulları ilə müşavirə keçirib.
"Ukrayna səfirinin işinin səmərəliliyinin çox aydın meyarlarını səsləndirdim. Bu, konkret nəticə, cəsarət və proaktivlikdir. Müharibədə olan ölkənin səfirləri müharibə reallıqlarından təcrid oluna bilməzlər. Bununla əlaqədar olaraq Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkilinin geri çağırılması barədə qərar qəbul etdim", - deyə məlumatda bildirilib.
Sibiqa vurğulayıb ki, o, Gürcüstandakı müvəqqəti işlər vəkilinin müharibə aparan dövlətin diplomatiyasının reallıqlarını tam başa düşməməsi səbəbindən uzunmüddətli ezamiyyətinin dayandırıldığını bildirib.
XİN rəhbəri, həmçinin nazir müavini İrina Borovesin işdən azad edilməsi barədə təqdimat verdiyini qeyd edib.
Xatırladaq ki, Ukraynanın Gürcüstandakı səfirliyinin fəaliyyətinə Mixail Xarişin rəhbərlik edirdi.