Beynəlxalq səyyahlar Cəbrayıl rayonundan sonra Füzuli rayonuna səfər ediblər.
APA xəbər verir ki, Füzulinin işğaldan azad edilmiş Horadiz kəndinə gələn qonaqlar ərazidə aparılan mina təmizləmə əməliyyatları ilə tanış olub, onlara işğal dövründə Ermənistan ordusunun ərazini mina və partlamamış döyüş sursatları ilə çirkləndirməsi barədə ətraflı məlumat verilib.
Beynəlxalq səyyahların müşahidəsi ilə ərazidə aşkar edilmiş minaların partlayış yolu ilə zərərsizləşdirilməsi əməliyyatı da nəzərdə tutulur.
Daha çox foto burada: PhotoStock.az
Dünyanın ən böyük dörd səyyah klubundan biri olan ABŞ-nin MTP (Most Travelled People) klubunun təsisçisi Çarlz Vilininin (Charles Veley) rəhbərlik etdiyi səyyahların işğaldan azad olunan ərazilərə səfəri davam edir.
APA xəbər verir ki, 13 ölkədən olan beynəlxalq səyahətçilərin işğaldan azad olunan ərazilərə olan səfərinin növbəti ünvanı Cəbrayıl rayonu ərazisində yerləşən tarixi Xudafərin körpüsü olub.
Daha sonra səyyahlar Füzuli rayonunda olacaqlar, ərazilərdə aşkarlanan mina və partlamamış silah sursatların zərərsizləşdirilməsi prosesi ilə tanış olacaqlar.
Daha çox foto burada: PhotoStock.az