Xocalı soyqırımı ABŞ-nin bir sıra mətbu orqanlarında və beynəlxalq hesabatlarda işıqlandırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı “X” səhifəsindəki paylaşımında bildirib.
O, qeyd edib ki, soyqırımı barədə məlumatlar “The Washington Post”, “The New York Times”, “The Wall Street Journal”, “Los Angeles Times”, “The Boston Globe”, “Chicago Tribune” və digər mətbu orqanlarda, hesabatlarda əksini tapıb.
Qeyd edək ki, bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin 32-ci ildönümüdür.
Khojaly Genocide as reflected in the U.S. media & international reports, including @washingtonpost, @nytimes, @WSJ, @latimes, @BostonGlobe, @chicagotribune, @PhillyInquirer, @Newsday, @StarTribune, @OakTribNews, @TheOklahoman_, @FresnoBee. #NeverAgain
— Aykhan Hajizada (@Aykhanh) February 25, 2024
🔗https://t.co/4BL5gOk2dU pic.twitter.com/wzlEO9LrCd