Universitetlərdə ixtisas seçiminin ilk turunun başa çatması regionlardan paytaxta təhsil almağa gələnlərin yaşayış yerləri ilə təmin olunması məsələsini gündəmə gətirir.
Qiymətlərin münasib olması tələbələr üçün vacib şərtlərdən biridir. Bununla da tələbələrin 3 seçim imkanı var: ali təhsil müəssisələrinin yataqxanaları, özəl yataqxanalar və kirayə mənzillər. Maraqlıdır, bunlardan hansı daha sərfəlidir?
Universitetlərin yataqxanasında bir tələbə üçün qiymət 34 manatdan başlasa da, bir çoxunda keçmiş məcburi köçkünlərin məskunlaşması əksər gəncləri bu imkandan məhrum edir.
2 otaqlı yaşayış sahəsində 4 nəfərin yerləşməsini nəzərə alsaq, tələbənin aylıq ev kirayəsi xərci ərazidən asılı olaraq ən azı 100-150 manat olacaq.
Özəl yataqxanalarda qalmaq üçün isə tələbə aylıq minimum 250 manatından keçməlidir.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
Tələbələr üçün ixtisas seçimindən daha çətin olan dilemma: Yataqxana, yoxsa kirayə ev?
Rəylər