"Rusiya özünə qarşı silahdan istifadə edən ölkələrin hərbi obyektlərinə qarşı silah tətbiq etmək hüququna malikdir".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib.
O bildirib ki, Ukraynadakı münaqişə artıq qlobal xarakter alıb və Rusiya eskalasiyaya qətiyyətli şəkildə, güzgü effekti ilə cavab verəcək.
Dövlət başçısının sözlərinə görə, ABŞ münaqişəni qızışdırmaqla səhvə yol verir və Rusiyanın sonrakı addımları qarşı tərəfin hərəkətlərindən asılı olacaq.
Putin, həmçinin Ukraynaya atılan yeni ortamənizilli ballistik raketin "Oreşnik" adlandığını, onun potensial nüvə başlığı daşıyıcısı olduğunu, lakin bu dəfə sadə başlıqla buraxıldığını qeyd edib.
Rəylər