Beynəlxalq Cinayət Məhkəməsi (ICC) İsrailin Baş naziri Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qalantı Qəzzada mümkün hərbi cinayətlər törətməkdə ittiham edərək həbslərinə order verib.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Beynəlxalq Cinayət Məhkəməsinin yaydığı press-relizdə bildirilib.
Sənəddə qeyd edildiyinə görə, Beynəlxalq Cinayət Məhkəməsinin Məhkəməyə qədər Palatası yekdilliklə Roma Nizamnaməsinə uyğun olaraq, İsrailin etirazlarını rədd edən iki qərar qəbul edib.
"Netanyahu və Qalantın Fələstin ərazisində törədilmiş mümkün hərbi cinayətlər və insanlığa qarşı cinayətlər ittihamı ilə həbsinə order verilib", - deyə press-relizdə bildirilib.
Bundan əlavə, HƏMAS-ın hərbi qanadının komandiri Məhəmməd Deyfin də həbsinə order verilib.
Lakin İsrail ordusu hələ avqust ayında məlumat vermişdi ki, Deyf iyulun 13-də İsrailin Qəzza zolağının Xan-Yunis şəhərinə endirdiyi zərbə nəticəsində məhv edilib.
Rəylər