Argentina Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokurorundan Venesuela Prezidenti Nikolas Maduronun həbsinə order verilməsini istəyib.
Oxu.Az xəbər verir ki, bu barədə Argentina Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
"İyulun 28-dən Venesuelada vəziyyətin pisləşməsini və bəşəriyyətə qarşı cinayət sayıla biləcək yeni əməllərin törədilməsini nəzərə alaraq, Argentina Respublikası BCM prokurorunu Nikolas Maduronun həbsinə order verməyə çağırır", - deyə nazirlikdən bildirilib.
Həmçinin Argentina Venesuela hökumətinin digər liderlərini də həbs etməyə çağırıb.
Əlavə edilib ki, etiraz notası sentyabrın 9-da prokurorluğa təqdim olunacaq.
Bəyanatda deyilir ki, Argentina Xarici İşlər Nazirliyi toplanmış sübutların yuxarıda qeyd olunan həbs qərarlarının verilməsinin etibarlılığını nəzərdən keçirmək üçün yetərli olduğuna inanır.
Rəylər