Venesuela Prezidenti Nikolas Maduro "WhatsApp" mesencerini ölkə sakinləri haqqında casusluq məlumatları toplamaqda və daha sonra hazırkı hakimiyyət tərəfdarlarını qorxutmaq üçün istifadədə ittiham edib.
Oxu.Az xəbər verir ki, N.Maduro bu barədə Venesuela Silahlı Qüvvələrinin Strateji Əməliyyat Komandanlığının yaradılmasının 19-cu ildönümü ilə bağlı çıxışı zamanı deyib.
N.Maduro bildirib ki, bir çox dövlət işçisi mesencer vasitəsilə təhdid mesajları alıb ki, bu mesajlarda onların və yaxınlarının şəxsi məlumatları da olub.
Rəylər