ABŞ-də Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsinə həbs qoyulub və Florida ştatına göndərilib.
Oxu.Az xəbər verir ki, bu barədə "CNN" mənbələrə istinadən məlumat yayıb.
Vaşinqton hesab edir ki, təyyarə ABŞ sanksiyalarından yayınaraq alınıb. Təyyarə bazar ertəsi Dominikan Respublikasından Floridaya aparılıb. Təxminən 13 milyon dollar dəyərində olan təyyarə son bir neçə ay ərzində Dominikan Respublikasında olub.
"Başqa dövlətin prezidentinin təyyarəsinin ələ keçirilməsi nadir bir hadisədir. Biz açıq şəkildə bildirmək istəyirik ki, heç kim qanundan və ABŞ sanksiyalarından üstün deyil", - adının açıqlanmasını istəməyən ölkə rəsmisi televiziya kanalına bildirib.
Qeyd olunur ki, bu insident ABŞ və Venesuela arasında onsuz da soyuq olan münasibətlərin kəskinləşməsindən xəbər verir.
Rəylər