"Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin seçilmiş lideri Donald Trampla Ukrayna münaqişəsinin həlli ilə bağlı danışmağa hazırdır".
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi Kremlin planları ilə tanış olan mənbələrə istinadən məlumat verib.
Mənbələrin sözlərinə görə, Moskva münaqişənin döyüş xətti boyunca "dondurulması" variantını nəzərdən keçirməyə də hazırdır. Bununla belə, Rusiya tərəfi üçün Ukraynanın neytral statusu və NATO-ya daxil edilməyəcəyinə dair təminat verilməsi əsas məsələlər olaraq qalır.
Bundan əlavə, agentliyin məlumatına görə, Rusiya Ukrayna Silahlı Qüvvələrinin sayının məhdudlaşdırılmasını, həmçinin rus dilinə qarşı hər hansı diskriminasiyaya (ayrı-seçkiliyə) son qoyulmasını təklif edəcək.
Beləliklə, təklif olunan maddələr 2022-ci ilin yazında əldə edilən İstanbul razılaşmaları ilə böyük ölçüdə üst-üstə düşür.
Rəylər