"Gözümüz yoldan yığıldı".
Bu sözləri Oxu.Az-a açıqlamasında Birinci Qarabağ müharibəsində itkin düşmüş, şəxsiyyəti 30 il sonra müəyyənləşdirilən şəhid Əliyar Ədalət oğlu Ələkbərovun vida mərasimi zaman həyat yoldaşı Dilarə Ələkbərova deyib.
D.Ələkbərova bu illər ərzində çox çətinlik çəkdiklərini deyib:
"30 il tamam oldu. Bu illər ərzində gözümüz daim yollarda olub. Hər qapı döyüləndə qaçmışıq. Düşünürdük ki, geri qayıdar və ya kimsə ondan xəbər gətirər.
Uşaqlarıma hər zaman demişəm ki, atanız müharibədədir, vuruşur, düşmənlərə qalib gəlib, geri qayıdacaq.
Əsir düşməsini istəmirdim. Çox şükür, ziyarət edəcəyimiz məzarı olacaq. Buna şükür edirik. Gözümüz yoldan yığıldı".
Nəzrin Vahid