Yolda qaydalar çərçivəsində hərəkət edən sürücü radara düşüb.
Avtosfer.az xəbər verir ki, bu barədə sürücü sosial şəbəkə hesabında məlumat paylaşıb.
O bildirib ki, hərəkət sürətini aşmadığı halda radara düşüb. Həmin vaxt yanından sayrışan işıqları işlək vəziyyətdə olan yol polisi avtomobili keçib. Polis əməkdaşının sürət həddi onun avtomobilinə tətbiq edilərək barəsində EQ 20257217 nömrəli protokol üzrə 50 manat cərimə yazılıb.
Qeyd edək ki, sürücü bu barədə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət ünvanlayıb. İdarədən verilən məlumata görə, məsələ ilə bağlı araşdırma aparılacağı və müvafiq qərar veriləcəyi bildirilib.
Yol polisinin cəriməsi digər sürücüyə yazıldı