Paytaxtın "Sabunçu keçidi" adlanan ərazisində iki nəfərin batması iddiası ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınmayıb.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat Xidmətindən məlumat verilib.
Paytaxtda aramsız yağışların yaratdığı fəsadlarla bağlı "Sabunçu keçidi" adlanan əraziyə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb edilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, əlavə məlumat veriləcək.
Bölgələrdə və paytaxt Bakıda yağan aramsız yağış ziyansız ötüşməyib.
Bu barədə Oxu.Az-a videogörüntü daxil olub.
"Sabunçu keçidi" adlanan ərazidə "Ford" markalı minik avtomobili və 2 nəfərin batdığı iddia olunur.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu göndərilib.
Məhərrəm Əliyev