Abşeronda intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Xırdalan şəhərində baş verib.
46 yaşlı Emin Muxtar oğlu Məhərrəmov yaşadığı binanın 8-ci mərtəbəsinin blokunun eyvanından özünü ataraq, həyatına qəsd edib. Onun hansı səbəbdən özünü öldürməsi məlum deyil.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Rəylər