Bakıda "Ucuzluq" univermaqlar şəbəkəsinin külli miqdarda pulunu mənimsəyən Nicat Məmmədovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.
Oxu.Az-ın məlumata görə, Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.
Hökmə əsasən, Nicat Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror Vüsal Mehrəliyev təqsirləndirilən şəxsin 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Qeyd edək ki, təqsirləndirilən şəxs cinayət işində zərərçəkmiş şəxs kimi tanınan sahibkar Oruc Quliyevə 69 800 manat ziyan vurub.
Araşdırmalarla məlum olub ki, şirkətə məxsus və mənimsənilən pulların əksəriyyəti "TikTok" sosial platformasında hədiyyə kimi ("şir" və "universal" tipli pullu jetonlar) müxtəlif şəxslərin hesablarına göndərilib.
Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
Elgün Həsənli
Rəylər