Abşeron rayonu üzrə 6 bələdiyyə birləşdiriləcək.
APA-nın xəbərinə görə, bu, "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Abşeron rayonu üzrə bələdiyyələrin birləşməsi yolu ilə aşağıdakı yeni bələdiyyələr yaradılacaq:
- Aşağı Güzdək və Pirəkəşkül-Qobustan bələdiyyələrinin əhatə etdiyi Aşağı Güzdək qəsəbəsində və Qobustan, Pirəkəşkül kəndlərində Aşağı Güzdək bələdiyyəsi;
- Fatmayı və Görədil bələdiyyələrinin əhatə etdiyi Fatmayı və Görədil kəndlərində Fatmayı bələdiyyəsi;
- Güzdək və Qobu bələdiyyələrinin əhatə etdiyi Güzdək və Qobu qəsəbələrində Qobu bələdiyyəsi.
Rəylər