"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin stansiyalarında ödənişlər tezliklə üztanıma ilə həyata keçiriləcək.
"Report" xəbər verir ki, bunu "AzİnTelekom" MMC-nin nümayəndəsi Tamerlan Məşhədihəsənli deyib.
O bildirib ki, artıq ADY ilə bu prosesə başlanılıb: "Bu, yaxın vaxtlarda həyata keçiriləcək. Yəni ADY-nin stansiyalarında ödənişlərin həyata keçirilməsi üztanıma ilə olacaq. Bundan başqa, binaların girişlərində bu sistemlərin istifadəsi üzərində də işlər gedir".
O qeyd edib ki, şirkət daxilində bunun testləri aparılır: "Testlər uğurlu olsa, növbəti ildən bunun yerli bazarda satışına başlayacağıq".
Rəylər