Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Səkkiz günlük getsə də, iki il kosmosda ilişib qalan astronavtın vəziyyəti pisləşib
Beynəlxalq Kosmik Stansiyaya (BKS) cəmi səkkizgünlük səfərə yollansalar da, gəmidə yaranan problemlər səbəbindən Yerə qayıda bilməyən astronavtlardan Sunita Uilyamsın səhhətində problem yaranıb. NASA həkimləri onun sürətli arıqlamasından ciddi narahatdırlar.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "New York Post" qəzeti NASA əməkdaşına istinadla xəbər yayıb.
Bildirilib ki, dərc edilmiş son şəkillərdə Sunita sadəcə arıq deyil, taqətdən düşmüş görünür.
"İndi o, bir dəri və bir sümükdən ibarətdir. Buna görə də, ilk növbədə çəki itkisini stabilləşdirməyə və yenidən çəkisinin bərpasına kömək etmək lazımdır", - deyə mənbədən bildirilib.
Xatırladaq ki, Butç Uilmor və Sunita Uilyamsın iştirakı ilə kosmik missiyanın ilkin olaraq təxminən bir həftə davam etməsi planlaşdırılırdı, lakin iki illik uzanıb - stansiya ilə birləşmə zamanı gəmidə mühərrik problemi və ardınca helium sızması baş verib. Aşkar edilmiş nasazlıqları aradan qaldırmaq mümkün olmayıb. NASA "Starliner"in ekipajsız Yerə qayıtması qərarına gəlib. Uilmor və Uilyams isə Yerə qayıtmaq üçün "SpaceX" şirkətinin "Crew Dragon" gəmisinin gəlişini BKS-də gözləməlidirlər. Missiya 2025-ci ilə planlaşdırılıb.