Beynəlxalq Kosmik Stansiyaya (BKS) cəmi səkkizgünlük gedən astronavtlar 2025-ci ilə qədər orada qala bilərlər.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə NASA-dan xəbər verilib.
Bildirilib ki, bunun səbəbi onları Yerə geri qaytarmalı olan "Boeing Starliner" kosmik gəmisi ilə bağlı problemlərdir.
"Əsas məqsədimiz Butç Uilmor və Sunita Uilyamsı "Starliner"ə qaytarmaqdır. Lakin biz başqa variantlarımızın da olmasını təmin etmişik. Biz dörd ekipaj üzvünü 2025-ci ilin fevralına qədər geri qaytara biləcəyik", - deyə NASA-nın kommersiya uçuş proqramının meneceri Stiv Stiç vurğulayıb.
Beləliklə, astronavtlar planlaşdırılan səkkiz gün əvəzinə BKS-də təxminən iki il keçirməli ola bilərlər.
NASA astronavtları qruplarla təxliyə etməyi planlaşdırır.
2025-ci ilin fevralında rus kosmonavt Kirill Peskov "Crew 10" missiyasının tərkibində NASA astronavtları Enn Makkleyn və Nikol Ayers, həmçinin JAXA astronavtı Takuya Onişi ilə birlikdə BKS-ə yollanacaq.