Türkiyənin "Baykar" şirkəti "Bayraktar TB2" pilotsuz uçuş aparatının (PUA) alışı üzrə daha bir Avropa ölkəsi ilə razılıq əldə edib.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, "Baykar" ilə Xorvatiyanın Müdafiə Nazirliyi arasında "TB2" PUA-ları üzrə saziş imzalanıb. İmzalanma mərasimi Xorvatiyanın paytaxtı Zaqrebdə baş tutub. Sazişi Xorvatiya müdafiə naziri İvan Anuşiç və "Baykar"ın baş direktoru Haluk Bayraktar imzalayıblar.
"Bu hadisə böyük əhəmiyyət kəsb edir, çünki "Bayraktar" PUA-ları daha bir Avropa İttifaqı üzvü olan ölkənin ordu inventarına daxil edilmiş oldu. Xorvatiya səmalarını artıq TB2-lər qoruyacaq", - deyə materialda bildirilir.
Qeyd edilir ki, "TB2" üzrə indiyədək 35 ölkə ilə saziş imzalanıb.
Daha ətraflı videosüjetdə:
Türkiyənin "Baykar" şirkəti "Bayraktar TB2" pilotsuz uçuş aparatının (PUA) alışı üzrə daha bir Avropa ölkəsi ilə razılıq əldə edib.
Rəylər