"Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi bu gün saat 01:30-da Ağdaş şəhəri ərazisindən Ləki qəsəbəsinə gedən istiqamətdə baş verib".
Bunu Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.
O, qeyd edib ki Ağdaş şəhər sakini 2002-ci il təvəllüdlü Valeh Xankişiyev idarə etdiyi VAZ-2106 markalı 90-GY-806 dövlət nömrə nişanlı avtomobillə Ləki qəsəbəsi istiqamətində hərəkətdə olarkən sərt döngədə idarəetməni itirib və nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb:
"Qəza nəticəsində avtomobildə olan sərnişinlərdən 2003-cü il təvəllüdlü Elton Müşviq oğlu Hüseynov aldığı bədən xəsarətləri səbəbindən hadisə yerində həyatını itirib. Sürücü və sərnişinlərdən Ağdaş şəhər sakini 2008-ci il təvəllüdlü Anar Baxışov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır".
"Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi bu gün saat 01:30-da Ağdaş şəhəri ərazisindən Ləki qəsəbəsinə gedən istiqamətdə baş verib".
Əzizə İsmayılova
Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, avqustun 1-də gecə saatlarında Ağdaş şəhəri ərazisində Valeh Xankişiyevin idarə etdiyi VAZ-2106 avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.
Nəticədə nəqliyyat vasitəsindəki sərnişin, 2003-cü il təvəllüdlü Elton Müşviq oğlu Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb, xəsarət alan sürücü və digər üç sərnişin isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Rəylər