Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ağır xəstəlikdən əziyyət çəkən Mələyin dəstəyə ehtiyacı var
Doqquz yaşlı Mələyin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Mirvari Turabova məlumat verib.
O bildirib ki, övladı anadangəlmə spina-bfida xəstəliyindən əziyyət çəkir:
"Mələyin doqquz yaşı var, o, anadangəlmə spina-bfida xəstəliyindən əziyyət çəkir. Doğulduğu gündən, demək olar ki, onu müalicələrlə həyatda saxlamışıq. Hazırda Mələk yenidən müalicə, ardınca isə əməliyyat olmalıdır. Bunun üçün isə bizim imkanımız yoxdur".
Gənc ana övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib:
"Biz Qubada yaşayırıq, Mələkdən başqa bir övladım da var. Yoldaşım avtoyuma məntəqəsində işləyir, mən isə övladlarıma görə işləyə bilmirəm. Hazırda biz Bakıya gəlib müalicələrini etməliyik. Bunun üçün isə təxminən 2 000 manata ehtiyacımız var. Həkimlər Mələyin daha sonra Ankaraya gedib, əməliyyata alınmalı olduğunu deyirlər. Mələk həyat dolu uşaqdır, küçəyə çıxıb yaşıdları ilə oynamaq istəyir. Amma səhhəti ilə bağlı gəzə bilmir, otura bilmir. Yardımsevər şəxslərdən mənim balama dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (077) 325-38-70.
Kapital Bank: 4169 7388 2519 9098.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Gənc ana övladının müalicəsi üçün dəstək istəyir: "Nə yemək yeyir, nə su içir"
- İki yaşlı Fatimənin anası: "O bizim yeganə övladımızdır, müalicə üçün dəstəyə ehtiyacımız var"
- Əlil ana övladı üçün yardım diləyir: Yusifin müalicəyə ehtiyacı var
- 13 yaşlı İbrahimin dəstəyə ehtiyacı var: "Dərmanlarını içməyəndə vəziyyəti lap pisləşir"
- 35 yaşlı Nicatın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
Rəylər