Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ədliyyə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT
Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinə rəis təyin edilib.
Bu barədə Oxu.Az-a Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bununla bağlı ədliyyə naziri müvafiq əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Ceyhun Tağıyev gətirilib.
Qeyd edək ki, Ceyhun Tağıyev əmək fəaliyyətinə 2003-cü ildə daxili işlər orqanlarında başlayıb, 2024-cü ilin iyun ayınadək müxtəlif vəzifələrdə çalışıb. "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" medalının hər 3 dərəcəsi ilə təltif edilib.
2024-cü ilin iyun ayında ədliyyə orqanlarına qulluğa qəbul olunaraq Strateji planlaşdırma və monitorinq baş idarəsinin Daxili nəzarət və araşdırmalar idarəsinin rəisi vəzifəsinə təyin olunub.
Həmçinin, 2024-cü ilin sentyabr ayından bu təyinatadək Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi vəzifəsinin icrası ona müvəqqəti həvalə edilib.
"Ədliyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Ədliyyə Nazirliyi tərəfindən "Elektron Hərrac Portalı" istifadəyə verildi
- Rusiyadan Azərbaycana iki nəfər ekstradisiya edilib
- Azərbaycan Özbəkistanın 2 vətəndaşını qarşı tərəfə təhvil verib
- Ədliyyə Nazirliyi siyasi partiya barədə məhkəməyə müraciət etdi
- Azərbaycanda BOKT-lər üçün nizamnamə kapitalı tələbi üç dəfədən çox artırılıb
Rəylər