Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanda BOKT-lər üçün nizamnamə kapitalı tələbi üç dəfədən çox artırılıb
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası"nı təsdiq edib.
"Report" xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, BOKT-lər üçün nizamnamə kapitalı tələbi üç dəfədən çox artırılıb. Belə ki, kapital tələbi kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lər üçün 300 min manatdan 1 milyon manata, qeyri-kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lar üçün isə 30 min manatdan 100 min manata çatdırılıb. İndiyə qədər qüvvədə olan kapital tələbi ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının 7 iyul 2017-ci ildə təsdiqlədiyi "Bank olmayan kredit təşkilatlarının prudensial tənzimlənməsi Qaydaları"nda öz əksini tapmışdı. Yeni qərarla həmin qaydalar qüvvədən düşüb.
AMB-nin Hüquq Departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün üç gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.
"Bank Olmayan Kredit Təşkilatı (BOKT)" teqi üzrə xəbərlər
- "Azpulmat" və "Manato" kimi bank olmayan kredit təşkilatlarının QAYDALARI DƏYİŞDİ
- Mərkəzi Bank üç vəzifəli şəxsi cərimələyib
- Azərbaycan Mərkəzi Bankı iki BOKT-nin vəzifəli şəxslərini cərimələyib
- Kəllə-çarxa çıxan faizlər: "Azpulmat" və "Manato" kreditləri qanunidir?
- Mərkəzi Bank BOKT-nin vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib