İki yaşlı Çimnaz ağır yanıq xəsarətləri alıb.
Bu barədə Oxu.Az-a onun anası Nazpəri Həsənova məlumat verib.
O bildirib ki, övladı avqustun 3-ü üzərinə samovar aşıraraq ağır yanıq xəsarətləri alıb.
"Çimnazın iki yaşı var. Avqustun üçü o, həyətdə oynayarkən qaynar samovarı üzərinə aşırdı. Onun ayaqları və əli yanıb. Həmin gün biz Bakıya yerləşən xəstəxanalardan birinə yollandıq. O gündən bu günə qədər orada müalicə almışıq".
Gənc ana övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib.
"Həkimin Çimnaz üçün yazdığı mazları və dərmanları almaq üçün hazırda 500 manata ehtiyacımız var. Bu məbləği tapmaq inanın bizim üçün çox çətindir. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirik".
Ailə ilə əlaqə: (055) 327-95-93.
Uni Bank: 5243 7544 4091 8124.
Rəylər