Alkoqol mərkəzi sinir sisteminin "depressantı"dır. Yəni beyinin fəaliyyətini ləngidir. Bu isə o deməkdir ki, alkoqol əhvalınızı, davranışınızı, özünüzü idarə etməyinizi dəyişmək iqtidarındadır. Bu zərərli "dərmanı" vərdişə çevirmisinizsə, yaddaş və aydın düşünmə problemləriniz yaranacaq.
Alkoqollu içki aludəçilərindən biri Baku TV-yə danışıb.
28 yaşı olan müsahib 18 yaşından spirtli içki qəbul etməyə başladığını bildirib:
"Bütün həyatım ondan asılı idi. Spirtli içkisiz həyatımı təsəvvür edə bilmirdim. 24 yaşında ondan qurtulmaq üçün çıxış yolları axtarmağa başladım. Həkimin tövsiyə etdiyi dərman sayəsində içki aludəçiliyindən xilas oldum".
Ətraflı süjetdə:
Alkoqol mərkəzi sinir sisteminin "depressantı"dır. Yəni beyinin fəaliyyətini ləngidir. Bu isə o deməkdir ki, alkoqol əhvalınızı, davranışınızı, özünüzü idarə etməyinizi dəyişmək iqtidarındadır. Bu zərərli "dərmanı" vərdişə çevirmisinizsə, yaddaş və aydın düşünmə problemləriniz yaranacaq. Alkoqol aludəçisi olanlar nəinki öz sağlamlıqlarını, yaxın ətrafındakıların da sağlamlığını məhv edir.
Rəylər