Bakıda səhər saatlarında "Alov Qüllələri" binaları arasında çəkilən ip üstündə gəzən ekvilibrist (kəndirbaz) sakinlərin diqqətini çəkib.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə videogörüntü yayılıb.
Məsələnin nə olduğunu bilməyən sosial şəbəkə istifadəçiləri arasında panika yaranıb.
Məsələni araşdırmaq üçün "Alov Qüllələri" ilə əlaqə saxladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq enerji içkisi şirkətlərindən birinin Azərbaycan və Bakının qlobal tanıtımı üçün Dövlət Turizm Agentliyinin dəstəyi ilə reklam çarxı çəkdiyini bildirdi. Onun sözlərinə görə, "ip üzərində akrobatika" səhnəsi videoçarxın bir hissəsi olacaq.
Məsələ ilə bağlı həm də Dövlət Turizm Agentliyi ilə əlaqə saxladıq.
Agentliyin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq ekvilibristika səhnəsinin videoçarx üçün çəkildiyi təsdiqləndi.
Əzizə İsmayılova
Rəylər