İki yaşlı Əbülfəzin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun xalası Aygül Alməmmədova məlumat verib.
O bildirib ki, Əbülfəz böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkir:
"Əbülfəzin iki yaşı var, doğulan gündən böyrək çatışmazlığından əziyyət çəkir. Hər zaman onun müalicələrini vaxtlı-vaxtında etməyə çalışsaq da, son bir neçə aydır maddi olaraq tamamilə tükənmişik".
Aygül Alməmmədova Əbülfəzin anasının 7 ay əvvəl həyatını itirdiyini deyib:
"Bacım çox gənc yaşında xərçəng xəstəliyinə yaxalandı. İnanın ki, bir göz qırpımında itirdik onu. Həmin gündən də onun övladına mən baxıram. Atası yanına gəlib gedir, maddi bacardığı qədər dəstək olur. Bacardığım qədər ona anasının yoxluğunu hiss etdirməməyə çalışıram, böyüyəndə ona nə cavab verəcəyimi indidən düşünürəm. O, mənə bacımdan qalan yeganə əmanətdir. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirəm. Hazırda Əbülfəzin dərmanlarını almaq üçün 450 manata ehtiyacımız var".
Ailə ilə əlaqə: (077) 553-85-03.
Bank Respublika: 4244 4848 4305 6726.
Rəylər