27 sentyabr - Anım Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Zəfər parkında və İkinci Şəhidlər xiyabanında olub.
Oxu.Az xəbər verir ki, nazirliyin əməkdaşları Zəfər parkındakı xatirə daşının önünə gül dəstələri düzərək Vətənimiz uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini ehtiramla anıb.
Daha sonra İkinci Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi dərin ehtiramla anılıb, məzarları önünə gül dəstələri düzülüb.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamına əsasən 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd edilir.
Oxu.Az xəbər verir ki, 27 Sentyabr - Anım Günü ilə əlaqədar Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət ediblər.
Onlar xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.
27 Sentyabr - Anım Günündə İqtisadiyyat Nazirliyinin kollektivi Vətən müharibəsində əldə edilmiş şanlı qələbənin, Zəfər tariximizin əbədiləşdirilməsi və şəhidlərimizin əziz xatirəsinə ehtiramın növbəti ifadəsi olan Zəfər Parkında olublar.
Oxu.Az xəbər verir ki, parkdakı xatirə daşının önünə gül dəstələri düzülüb, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımız dərin hörmətlə yad edilib.
27 Sentyabr - Anım Günü ilə əlaqədar Ali Məhkəmənin sədri İnam Kərimov Bakıda inşası davam etdirilən Zəfər parkında olub.
Oxu.Az xəbər verir ki, o, xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla anıb.
27 Sentyabr - Anım Günü ilə əlaqədar Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Bakıda inşası davam etdirilən Zəfər parkında olub.
Oxu.Az xəbər verir ki, o, xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla anıb.
Məhərrəm Əliyev
27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycanın Baş naziri Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.
"Report" xəbər verir ki, dövlət və hökumət rəsmiləri xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.
Müdafiə Nazirliyinin rəhbər heyəti və Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin bir qrup kursantı Anım Günündə Bakıda inşası davam etdirilən Zəfər parkında olub.
Oxu.Az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və şəxsi heyət parkın girişindəki xatirə daşının üzərinə qızıl gül dəstələri düzüblər.
27 Sentyabr - Anım Günü ilə əlaqədar Zəfər parkına ziyarət başlayıb.
"Report" xəbər verir ki, parkı VII çağırış Milli Məclisin deputatları ziyarət ediblər.
Hazırda parkı ictimaiyyət nümayəndələri də ziyarət edirlər.
Qeyd edək ki, 2020-ci ilin 27 sentyabr tarixində başlayan Vətən müharibəsi ilə 44 gün ərzində Azərbaycan əraziləri işğaldan azad olunub.