1994-cü ildə Şabranın Günəşli kəndində dünyaya gələn Tural Seyidov hər zaman qəlbindəki Vətən sevgisindən güc alıb. Elə məhz bu sevgi onun hərbi xidmətdən sonra yenidən ordu sıralarına qayıtmağına səbəb olub.
Vətən müharibəsində iştirak edən Tural həmişə cəsarəti, əzmi, qorxmazlığı ilə fərqlənib.
Şəhidin atası İslam Seyidov oğlunun yoxluğuna əmanət qoyub getdiyi iki övladının təsəlli olduğunu söyləyib:
"Arzuları çox idi, yarımçıq qaldı. Uşaqları üçün ev tikməyə tələsirdi. Elə bil ürəyinə dammışdı ki, şəhid olacaq".
"Ondan qalan xatirələr çoxdur. Amma heç nə oğlumun yerini, ətrini verə bilməz", - deyə şəhidin anası Fəridə Seyidova söyləyib.
Daha ətraflı Baku TV-nin süjetində:
Arzuları yarımçıq qaldı: Ailəsi Şəhid Tural Seyidovla bağlı xatirələrini danışdı
Rəylər