Astarada bağlarda kütləvi şəkildə zərərverici həşəratlar yayılıb. Nəticədə meyvə ağaclarında xəstəliklər baş qaldırıb.
Xezerxeber.az-ın məlumatına görə, astaralı fermerlər ziyanvericiləri bitkilər üçün ən təhlükəli həşəratlardan hesab edirlər. Bu həşəratlar ağacın yarpaqlarının və təzə pöhrələrin üzərində oturur, yarpağın üz şirələrini sovuraraq qurumasına səbəb olur.
Fermerlərin digər bir şikayəti isə dərmanların keyfiyyəti ilə bağlıdır. Belə ki, bağlarda yaranan xəstəliklərə görə bazarlarda saxta dərman preparatlarının da artdığı bildirilib.
Bioloq Yunus Qulamovun sözlərinə görə, yayılan xəstəlik meyvənin üst qatını zədələyir və onun çürüməsinə səbəb olur. Həmçinin, xəstəlik səbəbindən meyvənin keyfiyyəti düşür.
Problemlə bağlı Astara Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Abbasov bildirib ki, rayonun Şiyəkəran kəndində sitrus bağlarında müşahidə olunan zərərvericilər yastıcalardır. Zərərvericilər sitrus bağlarına dərmanlama işləri vaxtında və düzgün aparılmadığı üçün yayılıb və ağaclara ziyan vurub.
Ətraflı süjetdə:
Bağlarda kütləvi şəkildə zərərverici həşəratlar yayılıb: Meyvə ağaclarında xəstəliklər BAŞ QALDIRIB
Rəylər