Masallı rayonunda iki məscidin dini icmalarına verilmiş şəhadətnaməsi və nizamnaməsi itib.
"Qaynarinfo" xəbər verir ki, həmin ibadət evləri 1-ci Yeddioymaq kənd məscidi və Təzəalvadı Cümə məscididir.
Həmin məscidlərin dini icmalarına verilmiş dövlət qeydiyyatı haqqında şəhadətnamə və nizamnamə itib.
Sənədlərin hansı şəraitdə itdiyi məlum deyil və buna görə də onlar etibarsız sayılır.
Qeyd edək ki, hər iki sənəd 2010-cu ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən verilib.
Rəylər