“Sabahdan etibarən su sızmalarının qarşısını almaq üçün tədbirlərə başlayacağıq”.
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nümayəndəsi Dilqəm Şərifov deyib.
O bildirib ki, sözügedən ərazi Şabran rayonunun Surra kəndində yerləşən Surra dükkeridir. Heç bir boru deşilməyib, sadəcə olaraq fəsil dəyişkənliyi olanda dəmir borularda bu cür axmalar baş verir:
“Dəmir borularda temperatura nəzarət edən kompensatorlar olur. Fəsil dəyişkənliyi olanda dəmir borularda genişlənmə və sıxılma olur və istər-istəməz su sızması baş verir. Sabahdan etibarən su sızmalarının qarşısını almaq üçün tədbirlərə başlayacağıq”.
16:08
Azərbaycanda su kəməri qəzalı vəziyyətdədir.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Həmid Həmidov görüntülər paylaşıb.
Bildirilib ki, sızma Oğuz-Qəbələ-Bakı su kəmərində baş verib və bir aydır ki, bu vəziyyətdədir.
Nəticədə tonlarla su israf olunur.
Məsələ barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq.
ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən xətt onların qurumuna məxsus deyil.
“Sabahdan etibarən su sızmalarının qarşısını almaq üçün tədbirlərə başlayacağıq”.Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq “Azərbaycan Meliorasiya və Su Təsərrüfat...
İlhamə Əbülfət
Rəylər