"Bakı-Qazax yolunda sərnişin avtobusunun "Shagman" markalı yük avtomobilinə çırpılması nəticəsində xəsarət alan olmayıb".
Bu məlumatı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi polkovnik-leytenant Rövşən Tağıyev Oxu.Az-ın sorğusuna cavab olaraq verib.
Məlumatda qeyd olunur ki, bu gün saat 21:00-da "Mercedes" markalı 10-TG-157 dövlət nömrə nişanlı avtobusun sürücüsü Bakı-Qazax yolunun 73-cü km-də idarəetməni itirərək, arxadan "MAN" markalı 77-XF-530 nömrə nişanlı yük avtomobilinə çırpılıb.
"Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır".
Əzizə İsmayılova
22:24
Bakı-Qazax yolunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, Bakı-Qazax sərnişin avtobusu "Shagman" markalı yük maşınına çırpılıb.
Hadisə zamanı xəsarət alanlar barədə məlumat yoxdur. Sərnişinlər yolda qalıblar.
Qəza yerinə DYP əməkdaşları cəlb olunublar.
Rəylər