Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində fəaliyyət göstərən dönərxanada başlayan yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Bakıda "Neftçilər" metro stansiyasının yaxınlığında yerləşən dönərxana yanır.
"Report" xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadası cəlb olunub.