Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakıda güclü külək 52 ağaca ziyan vurub
Bu gün ölkə ərazisində müşahidə edilən küləkli hava şəraitinə görə Bakı şəhəri ərazisində 52 ədəd ağac və budaq qırılması faktı aşkarlanıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.
Bildirilib ki, Birliyin operativ qrupları tərəfindən ünvanlarda tədbirlər görülüb, qırılan ağaclar ərazidən uzaqlaşdırılıb.
Xatırladaq ki, Milli Hidrometeorologiya Xidməti küləkli hava şəraitinin noyabrın 6-sı səhər saatlarınadək davam edəcəyini açıqlayıb.
"Küləyin fəsadları" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər