Son günlər Bakıda havaların qeyri-sabit keçməsi və külək səbəbindən paytaxtın bir sıra küçələrində ağaclar aşıb.
Oxu.Az bildirir ki, bununla bağlı məlumat sosial şəbəkədə yayılıb.
Qeyd olunub ki, Xətai rayonu, Mehmandarov küçəsi, 68 ünvanında, 263 saylı məktəbin yanında və metronun "Xalqlar Dostluğu" stansiyası tərəfdə, 175 saylı uşaq bağçasının yaxınlığında da ağaclar aşıb:
"Ötən gündən aşan ağaclar yolu tamamilə bağlayıb. Həm maşınların, həm piyadaların hərəkətində problem yaranıb".
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, artıq problem həll olunub:
"Məlumat daxil olan kimi Bakı şəhər İcra Hakimiyyətinin operativ qrupları ərazilərə cəlb olunublar və hazırda yaranan problem aradan qaldırılıb".
Əzizə İsmayılova
Rəylər