"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 11:23-də Xətai rayonu, Babək prospekti, 10A ünvanından liftin qırılması səbəbi ilə çağırış daxil olub".
Bu barədə APA-nın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub:
"Hadisə nəticəsində 35 yaşlı şəxs (kişi cinsli) qapalı kəllə-beyin travması, 45 yaşlı şəxs (kişi cinsli) sol budun və topuğun travması diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub".
Bakı şəhəri, Xətai rayonu, Babək prospektində çoxmərtəbəli yaşayış binasının liftində iki nəfərin köməksiz vəziyyətdə qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, ilkin ehtimala görə, elektrik təchizatının qəflətən kəsilməsi və invertor qurğusunda yaranmış nasazlıq səbəbindən liftin 1-ci mərtəbədə dayanmayıb buferə dəyməsi nəticəsində iki nəfər xəsarət alaraq liftdə qalıb.
Xilasedicilər müvafiq vasitələrlə liftin qapısını açaraq vətəndaşları aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.
Bakıda liftdə xəsarət alan iki nəfərin son durumu açıqlandı
Rəylər