Vətəndaşlara qarşı hədə-qorxu gəlməkdə və soyğunçuluqda təqsirləndirilən Elgün Ocaqverdiyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror Fuad Musayev ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Vəkil müdafiə çıxışı edib, təqsirləndirilən şəxs son söz deyib.
Müşavirədən sonra hökm elan edib.
Hökmə əsasən, Elgün Ocaqverdiyev 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Bakının Nəsimi rayonunda mənzillərdən birinə bir ədəd "F-1" markalı qumbara və bir ədəd qərənfil qoymaqla hədə-qorxu gələn Elgün Ocaqverdiyev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Abşeron rayon sakini, əvvəllər məhkum olunan 19 yaşlı Elgün Ocaqverdiyev tutulub.
Ondan "F-1" markalı qumbara aşkar olunaraq götürülüb.
Rəylər