Rusiyada qəribə hadisə baş verib. Belə ki, bir gənc mağazaya girib, müsəlman satıcı qadından üzr istəyib, sonra onu yaralayıb və qaçıb.
Oxu.Az-ın verdiyi məlumata görə, hadisə Sankt-Peterburqda baş verib.
Bildirilib ki, Daxili İşlər Nazirliyinin Baş İdarəsi bununla bağlı görüntülər yayımlayıb. Kadrlarda qara maskalı oğlanın mağazaya girdiyi görünür.
"Xanım, üzr istəyirəm, mən hədələyəcəyəm", - deyə o, 37 yaşlı satıcının boğazına bıçaq dirəyib.
Qadın soyğunçudan bıçağı geri çəkməsini xahiş edib və danışmağı təklif edib. Lakin nəticədə o, yenə də mağazadakı pulları verməli olub. Oğru sağollaşıb və qaçıb.
Zərərçəkən xəstəxanaya müraciət edib. Onun boynunda və əlində kəsiklər qalıb, ona yardım göstərilib.
"Centlemen" soyğunçuluqdan bir saat sonra saxlanılıb.
O, Yamalo-Nenets Muxtar Dairəsinin 23 yaşlı sakini olub. Oğlan aşpaz işləyirmiş, hosteldə yaşayırmış. Soyğunçuluq faktı üzrə cinayət işi açılıb.
Rəylər