"Ötən gün axşam saatlarında Bakının Xətai rayonu, Ramiz Quliyev küçəsi "Nargilə" kafesi adlanan ərazinin yaxınlığındakı təzyiqli kanalizasiya xəttində qəza baş verib".
Bu məlumat Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq verilib.
Qeyd olunur ki, artıq həmin ərazidə axıntının qarşısı alınıb.
"Hazırda təmir işləri davam etdirilir. Bu gün işlər tam yekunlaşacaq. Qeyd edək ki, indiki halda təmir işləri yolun kənar hissəsində aparıldığı üçün yolda avtomobillərin hərəkətinə heç bir maneə törətmir".
Əzizə İsmayılova
Rəylər