Bakıda piyada keçidindən yolu keçən şəxsi maşın vuraraq öldürüb.
APA xəbər verir ki, hadisə Əmircan qəsəbəsi ərazisində qeydə alınıb.
Pərviz Mətləb oğlu Teymurov idarə etdiyi avtomobillə piyada keçidi olan yerdə yolu keçən Salman Mahmud oğlu Musayevi vurub.
Piyada Sabunçu Tibb Mərkəzinə çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Rəylər