Bakıda qəza səbəbindən bağlanan yol açılıb.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, körpünün üzərində baş verən yol-nəqliyyat hadisəsi səbəbindən 4-cü mikrorayon istiqamətində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yol ötürücüsü üzərində yol-nəqliyyat hadisəsi nəticəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Toyota" markalı minik avtomobili ilə "Azsamand" markalı minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində avtomobildə baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Bakıda qəza səbəbindən bağlanan yol açılıb.
Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, körpünün üzərində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, qəza səbəbindən hər iki avtomobildə yanğın olduğundan, 4-cü mikrorayon istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Rəylər