"Bakının Xəzər rayonunda bir nəfərin xəsarət alması ilə baş verən yol-nəqliyyatı hadisəsi 8 oktyabr saat 14:15-də qeydə alınıb".
Bu məlumatı Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Toğrul Nəsirli verib.
"Hadisə Mərdəkan qəsəbəsi, Yesenin küçəsində qeydə alınıb. Belə ki, "ISUZU" markalı 77-CZ-241 dövlət nömrə nişanlı 112 saylı xətt avtobusu piyadanı vurub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır",- deyə T.Nəsirli bildirib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 8 oktyabr saat 15:30-da Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisindən piyadavurma səbəbilə çağırış daxil olub.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 68 yaşlı (qadın cinsli) şəxs kəllə-beyin travması diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub", - deyə məlumatda bildirilib.
Əzizə İsmayılova
Bakının Xəzər rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində baş verib.
Belə ki, 1956-ci il təvəllüdlü Böyükxanım İldırım qızı Rzayeva yol kənarında olarkən sərnişin avtobusu onu vurub. Qadın ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.
Rəylər