Paytaxtın Nəriman Nərimanov prospektində avtoxuliqanlıq edən sürücünün görüntüləri yayılıb.
Oxu.Az xəbər verir ki, "Chevrolet" markalı avtomobilin sürücüsü təhlükəli manevrlər edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli sorğumuza cavab olaraq bildirib ki, məsələdən məlumatlıdırlar:
"Aidiyyəti üzrə araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq sürücü barəsində tədbir görüləcək".
Məhərrəm Əliyev
Rəylər